“Azəriqaz”da yeni reyestr yaradıldı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi yaşayış mənzillərində və sənaye obyektlərində qazdan istifadə qaydalarına riayət olunması ilə bağlı keçirilən yoxlamaların nəticələrinə dair reyestr yaradıb.

Metbuat.az xəbər verir ki, bunu “Azəriqaz”ın Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib. O qeyd edib ki, reyestrə “Azəriqaz”ın respublika üzrə bütün Regional Qaz İstismarı İdarələrinin yazdığı aktlar daxil edilir:

“Qanunvericiliyin tələbinə uyğun olaraq reyestr elektron şəbəkəyə inteqrasiya ediləcək. Azərbaycanın ən ucqar kəndində keçirilən müayinənin aktını reyestrdə görmək mümkün olacaq. Reyestr ümumrespublika şəbəkəsinə inteqrasiya olunduqdan sonra, hər bir abonent ora daxil olub, şəxsi kabinet yaradaraq ona yazılan aktın skan variantı görə biləcək.”

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR