"Liverpul"u silkələyən xəbər

"Liverpul"un idman direktoru Yorq Şmadtken qış transfer pəncərəsi yekunlaşdıqdan sonra klubdan ayrılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bundan əvvəl isə baş məşqçi Yurgen Klopp da bu mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı. "Liverpul"un sahibi Mayk Qordon Yurgen Kloppa fəaliyyətinə görə təşəkkür edib. O bildirib ki, klub Kloppun qərarına hörmət edir.

Qeyd edək ki, Klopp 2015-ci ildə "Liverpul"a transfer edilib. Klopp “Liverpul”la Çempionlar Liqası, İngiltərə çempionatı, İngiltərə kuboku, Liqa kuboku, UEFA superkuboku və klublararası dünya çempionatının qalibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR