Gürcüstanın Prezident Administrasiyasının rəsmi saytına kiberhücum oldu

Gürcüstanın Prezident Administrasiyasının rəsmi saytına kiberhücum olub. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) kiberhücumun qarşısını alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Bildirilir ki, DTX-nın Əməliyyat-Texniki Qurumunun Kibertəhlükəsizlik Mərkəzi qısa müddətdə hücumu aşkar edib.

“Fövqəladə hallara cavab tədbirlərin həyata keçirilməsi nəticəsində qeyd olunan kiberhücumun qarşısı alınıb və Prezident Administrasiyasının saytının normal fəaliyyəti təmin edilib.

Sözügedən saytın digər boşluqlarının yoxlanılması, o cümlədən təqsirkarların müəyyən edilməsi və növbəti hüquqi tədbirlərin görülməsi məqsədilə əlavə araşdırmalar aparılır”, - deyə DTX-nın məlumatında bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR