İsrail əsgərləri müharibənin dayandırılmasını tələb edirlər

Qəzzada əsir düşən İsrail əsgərləri müharibənin dayandırılmasını tələb edirlər

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, HƏMAS-ın Qəzza zolağındakı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən saxlanılan üç qadın əsir əsgər müharibənin dayandırılmasını, əsirlərin dəyişdirilməsinə dair razılaşmanın əldə olunmasını və sağ-salamat evlərinə qayıtmaq istədiklərini bildiriblər.

Qəssam Briqadalarının Media Ofisi tərəfindən 3 qadın əsirin İsrail hökumətinə və baş nazir Benyamin Netanyahuya müraciət etdiyi video yayımlanıb.

Videoda danışan qadın əsgərlərdən biri olan 19 yaşlı Karina “107 gündür ki, məni evə qaytarmalı olanlar məni tək qoyduğu üçün buradayam” deyə bildirib.

Davamlı olaraq hücum və bombardman altında yaşadığını bildirən qadın əsgər İsrail hökumətindən müharibəni dayandırmasını, əsir mübadiləsi müqaviləsi bağlamasını və onların sağ-salamat xilas edilməsini istəyib.

Digər əsir əsgər 19 yaşlı Danielle Jablou 24 saat bombardman altında yaşadığını və həyatı üçün çox narahat olduğunu bildirib.

"Bizim əsir düşəndə hökumətimiz harada idi? Mən bir əsgər olaraq dövlət üçün hər şeyi verdim və Qəzza zolağında təhlükəli vəzifədə xidmət etdim, amma sən məni gözdən qaçırdın", - deyən əsgər İsrail hökumətindən bu günə qədər üzərinə düşən vəzifəni yerinə yetirməsini istəyib.

Üçüncü əsgər Doron isə daim bomba və tank səsləri altında yaşadığını və atəş altında bir yerdən başqa yerə qaçmalı olduğunu bildirib.

İsrailin dövlət televiziyası KAN-ın yanvarın 25-də verdiyi xəbərdə Qətərin HƏMAS-ın məhbus mübadiləsi ilə bağlı danışıqları dayandırdığını İsrailə bildirdiyi bildirilib.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR