Bakıda məscidin qarşısında FACİƏ

Bakıda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Metbuat.az xəbər verir ki, 1985-ci il təvəllüdlü Şahbalıyev Vüqar Sübhan oğlu idarə etdiyi "Mitsubishi L200" markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi ilə hərəkətdə olarkən, İmam Rza məscidinin qarşısında piyada 1966-cı il təvəllüdlü Xəlilova Zöhrə Cəbrayıl qızını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Bakı şəhəri Sabunçu rayon Polis idarəsində cinayət işi başlanılaraq istintaq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR