Tağıyev oğlunun tabutu önündə - Nadir görüntü ÜZƏ ÇIXDI

Hacı Zeynalabdin Tağıyevin az bilinən görüntülərindən biri yayımlanıb.

Metbuat.az bildirir ki, görüntü "Facebook"da tarixçi Elmar Həsənli tərəfindən paylaşılıb.

Görüntüdə Hacı Zeynalabdin Tağıyev və ailə üzvləri vəfat etmiş oğlu Kazımın tabutu önündə şəkil çəkdiriblər. Şəkildə Soldan sağa İsmayıl, birinci həyat yoldaşı Zeynəb xanım, Hacı Zeynalabdin və oğlu Sadıq yer alıb.

1880-ci illərdə çəkildiyi təxmin edilən fotonun əsli hazırda Milli Azərbaycan Tarix Muzeyində qorunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR