Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 703-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 568 təyyarəsi, 265 helikopteri, 11 283 PUA-sı, 456 zenit-raket kompleksi, 14 805 tank və digər zirehli texnikası, 1 210 reaktiv yaylım atəş sistemi, 7 881 artilleriya və minaatanı, 17 940 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR