Azərbaycanda toy karvanında ağır qəza - Xəsarət alanlar var

Sabirabadda toy karvanında avtomobil qəzaya uğrayıb, bir ailənin 3 üzvü xəsarət alıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində baş verib.

Avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 2013-cü il təvəllüdlü Qasimli Nihad Xalid oğlu, 2010-cu il təvəllüdlü Qasımlı Kazım Xalid oğlu və uşaqların nənəsi -1954-cü il təvəllüdlü Qasımova Cəmilə Musa qızı müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR