Burak Yılmaz bu klubun baş məşqçisi oldu

Türkiyənin "Kayserispor" komandasının yeni baş məşqçisi məlum olub.

Metbuat.az xəbər verir ki, Superliqa təmsilçisi bu vəzifəyə Burak Yılmazı gətirib. Onunla 2,5 illik müqavilə imzalanıb.

Burak Yılmazın son iş yeri "Beşiktaş" olub.

Veteran futbolçu bu postda istefa verən Rəcəb Uçarı əvəzləyib.

Qeyd edək ki, "Kayserispor" turnir cədvəlində 26 xalla 12-ci pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR