Fiziki məhdudiyyətli Anna Bəkirova 17 gündür anasını axtarır - FOTO

Göyçay rayon Çərəkə kənd sakini, 1955-ci il təvəllüdlü Bəkirova Zümrüd Seyidəbi qızı uzun sürən axtarışların həyata keçirilməsinə baxmayaraq hələ də tapılmayıb. Artıq 17 gündür ki, Zümrüd Bəkirovadan heç bir xəbər yoxdur.

Metbuat.az xəbər verir ki, itkin düşən qadının qızı, fiziki məhdudiyyətli Bəkirova Anna Abil qızının sözlərinə görə, onun anası 13 yanvar 2024-cü il tarixində səhər saatlarında yaşadığı evi tərk edərək, bir daha geri qayıtmayıb. Məlumata görə, itkin düşmüş Zümrüd xanım yaxınlıqda olan kəndlərin birində keçirilən yas mərasimində iştirak edib oradan çıxdıqdan sonra itkin düşüb.

Onun ailə üzvüləri bu barədə Göyçay Rayon Polis Şöbəsinə dərhal müraciət ediblər. Qadının tapılması istiqamətində axtarış tədbirləri keçirilir.

İtkin düşən qadının əqli qüsurlu olduğu bildirilir.

Qadın barəsində hər hansı bir məlumatı olan şəxslərin DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020) 274–04-91 şəhər və (050) 774-04-91, (050) 796 71 74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Davud Tarverdiyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR