Xüsusi təyinatlılar şərti düşmən hədəflərini məhv etdilər - FOTO

Daxili Qoşunların Naxçıvandakı birləşməsinin xüsusi təyinatlıları təyin edilmiş şərti düşmən hədəflərini məhv ediblər.

Metbuat.az xəbər verir ki, hazırlıq planına uyğun olaraq döyüş atışlı məşğələyə cəlb edilmiş hərbi qulluqçular snayper tüfənglərindən, müxtəlif çaplı atıcı silahlardan, tapança və qumbaraatanlardan praktiki atışlar yerinə yetiriblər.

Çətin hava və relyef şəraitində snayper cütlüklərinin maskalanma tədbirlərinə əməl etdikləri məşğələyə zirehli texnikalar da cəlb edilib.

Havanın əlverişsiz olmasına baxmayaraq, Daxili Qoşunların Naxçıvandakı birləşməsinin xüsusi təyinatlılarının yüksək peşəkarlıq nümayiş etdirdiyi məşğələlər davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR