Bu planetdə su aşkar edildi

Astronomlar Hubble Kosmik Teleskopu ilə GJ 9827d planetində su molekullarını kəşf ediblər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu kiçik və isti planet yerdən 97 işıq ili uzaqda yerləşir.

Planetin diametri yerdən təxminən iki dəfə böyükdür. Atmosferində su buxarı olduğu müəyyən edilən GJ 9827d ən kiçik ekzoplanet olaraq qeydə alınıb.

Araşdırma qrupu Hubble Teleskopunun hidrogenlə zəngin atmosferdə su molekullarını, ulduzun təsiri altında və ya planetin ilkin atmosferinin buxarlanması nəticəsində yaranmasını hələ müəyyən etməyib.

Monreal Universitetinin Trottier Ekzoplanet Tədqiqat İnstitutunun professoru Björn Benneke, bu kəşfin su ilə zəngin atmosferə malik planetlərin digər ulduz sistemlərində də tapıla biləcəyini bəyan edib.

Tədqiqatın müəlliflərindən biri olan Laura Kreidberg "Belə kiçik bir planetdə suyun olması əlamətdar bir kəşfdir" deyə qeyd edib.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı