Amazonun qurucusu barədə maraqlı fakt

Amazonun qurucusu Jeff Bezos hələ də şirkəti ilk qurduğu vaxtlarda istifadə etdiyi masada çalışır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, həmin masanın 24 yaşı var. Maraqlısı budur ki, bu masa köhnə qapıdan hazırlanıb.

Jeff Bezos bildirir ki, milyarder olmaqla yanaşı, həm də qənaətçildir.

Qeyd edək ki, Amazon.com ilk qurulmuş və ən böyük onlayn satış saytıdır. Adını Amazon çayından götürən Ceff Bezos onlayn satış şirkətinin adını əlifba sırası üzrə siyahıda önə çıxması üçün Amazon qoyub. Ceff Bezos tərəfindən 1994-cü ildə Amerikanın Sietl şəhərində qurulan şirkət işə ilk öncə kitab sataraq başlamışdır. Hal-hazırda isə Amazon.com-da DVD, musiqi albomu, kompüter proqramı, kompüter oyunu, elektron əşya, mebel kimi fərqli məhsullar satılır

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR