Vüsal Nəcəfova yüksək vəzifə verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətində yeni təyinat olub.

Metbuat.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı nazir Muxtar Babayev əmr imzalayıb.

Əmrə əsasən, Vüsal Nəcəfov Hidrometeorologiya Xidmətinin Metrologiya və Standartlaşdırma Mərkəzinə direktor təyin edilib.

Qeyd edək ki, o bu təyinatadək Milli Hidrometeorologiya Xidmətində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR