Revmatizm xəstəlikləri nədən yaranır? - AÇIQLAMA

Bəzi revmotoloji xəstəliklər ən çox oynaq ağrıları ilə müşahidə edilir.

Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib. Bu xəstəliyin müxtəlif yaş qruplarında meydana çıxdığını deyən həkim, simptomların əsasən hərəkət məhdudiyyəti, halsızlıq, yorgunluq kimi fərqli simptomlar müşahidə edildiyini bildirib.

"Bəzi revmatoloji xəsətlərdə oynaq ağrısı olmaya bilər. Burada qan azlığı, saç tökülməsi, göz problemi, dəridə qızartı kimi əlamətlər də ola bilər. Xəstəliyin simptomları çox fərqlidir. Bu xəstəlikləri bir səbəb deyil, multifaktorlar yarada bilər. Əsasən genetik meyillilik, ətraf mühit, stres faktoru, infeksion xəstəliklər də bu səbəblərə daxildir."

Həkim bildirib ki, hər oynaq xəstəliyi də revmatoloji sayılmır:

"Revmotoloji xəstəliklərdə artrit ön planda olur. D vitamini çatışmazlığı oynaq ağrıları ilə davam edən bir xəstəlikdir. Qrip bənzəri xəstəliklər də bədəndə oynaq ağrılarına səbəb ola bilər. Ona görə də, bu xəstəyə toxunub onu dərindən müayinə etdikdən sonra, bu barədə dəqiq diaqnoz qoymaq olar”.

Hazırda bu xəstəliklərin kifayət qədər dərman müalicəsi ilə sağaldığını qeyd edən terapevt Zakir Quliyev bildirib ki, ilk etap müalicəsi çox vacibdir.

“Əgər xəstənin müalicəsi düzgün aparılmazsa digər yanaşı xəstəliklərin yaranmasına səbəb ola bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı