Ofis işçilərinin ən çox əziyyət çəkdiyi xəstəlik budur - Terapevt açıqladı

“Ofisdə uzunmüddətli iş şəraitindən sonra, yalnış pozisiyada oturmaq ciddi bel ağrılarına səbəb olur. Bu vəziyyəti qaydaya salmaq üçün düzgün oturuş qaydalarına fikir verməliyik”

Bu fikirləri Metbuat.az-ın sualına cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

“Oturma qaydalarına ciddi əməl edilməlidir. Onurğa sütunu dik şəkildə oturmaq, mütəmadi olaraq ayağa qalxıb hərəkət etmək lazımdır. Əgər vəziyyət yaxşıya doğru düzəlməsə, fizioterapevt müayinəsinə getmək vacibdir”.

Terapevt qeyd edib ki, ofis şəraitində işləyənlərin onurğa ağrılarına daha bir səbəb D vitamini çatışmazlığı ilə bağlı olur.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı