Əhalidə seçkilərə maraq həmişəkindən çoxdur - Deputat

"7 fevralda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyaları aktiv şəkildə aparılır. Seçkidə iştirak edən bütün namizədlər üçün bərabər və demokratik şərait yaradılıb".

Bu sözləri Metbuat.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, hər hansı namizədə qarşı təzyiq və onun seçki kampaniyasının aparılmasına qarşı müdaxilələr yoxdur:

"Seçki qabağı proses tam demokratik şəraitdə həyata keçirilir. O cümlədən, əhali arasında da seçkiyə maraq çox böyükdür. Seçicilər təbliğat-təşviqat kampaniyalarında aktiv şəkildə iştirak edirlər. Seçki öncəsi aparılan təbliğat-təşviqat kampaniyaları ilə bağlı əhalidə böyük ruh yüksəkliyi var. Hamı 7 fevralda keçirləcək seçkilərdə iştirak edərək səsini öz namizədinə verməyə hazırdır.

Əhalidə bu seçkilərə maraq həmişəkindən daha çoxdur. Çünki bu seçkilər, müstəqillik tariximizdə ilk dəfə olaraq suverenliyi təmin olunmuş ölkəmizdə keçirilir və hamı üçün qürurverici bir hadisədir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı