Klopp "Liverpul"dan buna görə ayrılmaq istəyir - Maraqlı səbəb

Mövsümün sonunda Premyer Liqa nəhəngi "Liverpul"dan ayrılacağını açıqlayan Yurgen Klopp klubdan getmək istəməsinin səbəbi barədə danışıb.

Metbuat.az xəbər verir ki, Klopp "Liverpul"u tərk etmək istəməsinin səbəbini belə açıqlayıb.

“Bunu getmək istədiyim üçün deyil, getməli olduğum üçün edirəm. Əgər yaxşı davam edə bilməsəm, komandanı Çempionlar Liqasını qazanmağa sövq edə bilməsəm, niyə bu işdə qalmalıyam? Mən bu klubdan qovulmaq istəmirəm. Bu iş çox vacibdir, bu klub çox vacib klubdur. Ona görə də özümü tərk etmək qərarına gəldim”.

Qeyd edək ki, Klopp 2015-ci ildə "Liverpul"a transfer edilib. Klopp “Liverpul”la Çempionlar Liqası, İngiltərə çempionatı, İngiltərə kuboku, Liqa kuboku, UEFA superkuboku və klublararası dünya çempionatının qalibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR