Hacıqabulda itkin düşən qadının görüntüləri - FOTO

Hacıqabul sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Hacıqabul rayon sakini, 1990-cı il təvəllüdlü Soltanova Aygül Əzizağa qızı yanvarın 13-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

A.Soltanovanın əlamətləri belədir: boyu 155 sm., kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman əynində qara rəngli plaş, qara şalvar və idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Hacıqabul Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR