Kreml İrəvanın BCM-yə üzv olmasına reaksiya verdi

"Rusiya Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qoşulmasının ikitərəfli əlaqələrə mənfi təsir göstərməsini istəmir. Bu, ümumilikdə Ermənistanın suveren hüququdur"

Metbuat.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statusu fevralın 1-dən Ermənistan üçün rəsmən qüvvəyə minib. Ermənistan parlamenti 2023-cü ilin oktyabrında Roma Statutunu ratifikasiya edib.

Qeyd edək ki, bu gündən etibarən Ermənistan rəsmən Beynəlxalq Cinayət Məhkəməsinə üzv olub.

Seyranə Quliyeva / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR