​Sumqayıtda bazar yanıb - FOTO

Sumqayıt şəhərində bazarda yanğın olub.

Metbuat.az xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsi ərazisində, meyvə-tərəvəzlərin topdan satış bazarında qeydə alınıb. Yanğın nəticəsində bazarda sahibkar Mübariz Hacıyeva məxsus 300 kv.metrlik mağaza və ticarət cərgəsi yanıb. Həmçinin yaxınlıqda olan "Mersedes" markalı yük avtomabilinə də ziyan dəyib.

Fövqəladə Hallar Hazirliyinin yanğın söndürmə briqadalarının səyi nəticəsində yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Seyranə Quliyevaa / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR