5 yaşlı uşaq yol qəzasında öldü

Bakı-Qazax yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Metbuat.az-ın məlumatına görə hadisə yolun Yevlax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Həsənov Yavər Arif oğlu idarə etdiyi "VAZ-21061" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücünün oğlu-2019-cu il təvəllüdlü Məna Həsənov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağllı cinayət işi başanılıb.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR