"Azəriqaz"a daxil olan şikayətlərin sayı açıqlandı

“2023-cü ildə "Azəriqaz" İstehsalat Birliyinə müxtəlif instansiyalardan və birbaşa vətəndaşlar vasitəsi ilə 12 min 715 müraciət daxil olub”.

Metbuat.az xəbər verir ki, bunu "Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbəlayev deyib.

“Bunun 5 min 461-i “Opendeks” proqramı vasitəsi ilə olub. Bu rəqəm 2022-ci illə ilə müqayisədə 1027 şikayət azdır. Elektron qaydada isə 7254 müraciət daxil olub”.

O qeyd edib ki, daxil olan müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacların quraşdırılması, həmçinin qaz xəttinin və ya qaz sayğacının yerinin dəyişdirilməsi və sair məsələlərlə bağlı olub:

“Daxil olan bütün məsələlər şöbə tərəfindən araşdırılır və cavablandırılması həyata keçirilib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı