Hansı mənzillər pulsuz qazlaşdırıla bilər? - "Azəriqaz" açıqladı

“Qanunvericiliyin tələblərinə uyğun olaraq, yalnız xüsusi mülkiyyətdə olan daşınmaz əmlakların qazlaşması aparılır”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı "Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbəlayev edib.

“Qazpaylayıcı şəbəkə olan ərazidə, vətəndaşın sifarişi ilə müvafiq sahədə xüsusi icazə lisenziyası olan, tikinti şirkətləri tərəfindən fərdi yaşayış evlərinin qazlaşması işləri aparıla bilər. İcra olunan işlər, müstəqil sahibkarlıq subyekti olan tikinti təşkilatları ilə vətəndaşlar arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Bu işlərin dəyəri, vətəndaşla tikinti təşkilatı arasında qarşılıqlı razılaşma yolu ilə aparılır. Və məbləğ həmin təşkilatın bank hesabına köçürülür”.

İbrahim Kərbəlayev qeyd edib ki, fərdi yaşayış evlərinə qaz sayğaclarının quraşdırılması isə "Azəriqaz" İB-i tərəfindən ödənişsiz olaraq təqdim olunur.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı