“Bəzi çağırışçılar xidmətdən yayınırlar” - Ermənistan MN

Ermənistanın müdafiə naziri Suren Papikyan orduya çağırışçıların hərbi xidmətdən yayındığını bildirib.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, Papikyan bu barədə Ermənistanın ictimai televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan ordusunda əsas problem intihar, intihar həddinə çatdırma və qətl hallarıdır.

"Bizdə xidmət etməyə hazırlıq çatışmır. Bəziləri xidmətdən yayınmağa çalışır", - o deyib.

Xatırladaq ki, ötən il Ermənistan Ombudsman Aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Andranik Yeqoyan Ermənistan ordusunda qeyri-döyüş itkilərinin, o cümlədən, "intihar"ların sayı artdığını təsdiqləyib.

"Bu, silahlı qüvvələrdə çox ciddi problemlərin olduğundan xəbər verir. 2019-cu ildə 49, 2020-ci ildə 54, 2021-ci ildə 58, 2022-ci ildə 64, 2023-cü ildə isə daha çox ölüm faktı qeydə alınıb", - o deyib.

Qeyd edək ki, bu ilin yanvar ayında Ermənistan ordusunda "dedovşina" və bədbəxt hadisə nəticəsində üç əsgər ölümü qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR