Bakıda silahlı şəxs saxlanıldı - FOTO

Bakıda silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Kürdəmir rayon sakini 1968-ci il təvəllüdlü Pünhan İmanov saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb.

    Faktla bağlı istintaq tədbirləri davam etdirilir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR