Mbappe "Real Madrid"in qarşısında bu şərti qoydu

Futbol üzrə Fransa millisinin hücumçusu Kilian Mbappe İspaniyanın "Real Madrid" klubuna keçməsi üçün şərt irəli sürüb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə CBS məlumat yayıb.

PSJ klubunu tərk etməyə hazırlaşan Kilian Mbappe Parisdə keçiriləcək 2024-cü il Olimpiya Oyunlarında iştirak etmək istəyir. Bu yarışma FİFA-nın rəsmi pəncərələrindən kənarda keçirildiyi üçün futbolçunun klubundan icazə alması lazımdır.

Qeyd edilib ki, Kilian Mbappe Olimpiya Oyunlarında iştirakına icazə veriləcəyi təqdirdə “Real Madrid"lə müqavilə bağlamağa hazırdır.

Ötən gün Kilian Mbappenin 2024-cü ilin yayında PSJ klubu ilə bitəcək müqaviləsini uzatmayaraq "Real Madrid" klubuna keçməyi planlaşdırdığı məlum olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR