“Sumqayıt” “Neftçi”ni geridə qoydu - CƏDVƏL

Misli Premyer Liqasında 21-ci tur davam edir.

Metbuat.az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçirilib. "Sumqayıt" "Neftçi"ni qəbul edib. Oyunda "Sumqayıt" 2:1 hesablı qələbə qazanıb. Bu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk oyun olub.

Bu qələbə sayəsində "Sumqayıt" xallarının sayını 34-ə çatdırıb və "Neftçi"ni geridə qoyaraq 2-ci pilləyə yüksəlib.

Günün digər matçında isə "Zirə" "Qəbələ"nin qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.

4 fevral (bazar)

17:30. “Qəbələ” – “Zirə” - 1:1

Qollar: Ülvi İsgəndərov, 14 (1:0), İlkin Muradov, 19 (1:1)

Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı

Qəbələ şəhər stadionu

15:00. “Sumqayıt” – “Neftçi” - 2:1

Qollar: Kasimir Ninqa, 8, (1:0), 37 (2:0), Filip Ozobiç, 90+7-pen (2:1)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR