Ançelotti Ardanın üzərindən xətt çəkib? - Gözlənilməz həmlə

"Real Madrid"in futbolçusu Arda Gülerin başqa kluba icarəyə verilə biləcəyi ilə bağlı iddiaların ortaya atıldığı bir vaxtda, klubda maraqlı hadisə baş verib.

Metbuat.az xəbər verir ki, baş məşqçi Karlo Ançelottinin Luka Modriçin müqaviləsinin artırılması barədə rəhbərliyə təlimat verdiyi bildirilir. “The Athletic”in məlumatına görə, Modriçin müqaviləsi mövsümün sonundan başa çatsa da, Ançelotti onun klubda qalmasını irəli sürüb. Luka Modriçin mövsümün sonunda klubu ilə müqaviləsini yeniləyəcəyi halda Ardanın müntəzəm oynaya bilməyəcəyi hesab edilir.

Qeyd edək ki, Arda Gülerin Luka Modriçin əvəzinə transfer edildiyi barədə xəbərlər dərc edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR