Ançelotti Xavi və Laportanı belə alçaltdı - Gərginlik artır

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti "Barselona"nın baş məşqçisi Xavi Hernandezin və prezidenti Xuan Laportanın hakimlər barədə iddialarına cavab verib.

Metbuat.az xəbər verir ki, jurnalistlərə açıqlama verən italiyalı məşqçi bildirib: "Mən peşəkar olduğumu hesab edirəm İspaniya futboluna hörmətimə görə bu səviyyəyə enmək istəmirəm. Bu barədə mənə daha sual verməyin, çünki mən peşəkarlar üçün olmayan səviyyəyə enmək istəmirəm”.

Qeyd edək ki, Xavi Hernandez və Xuan Laporta hakimlərin “Real Madrid”ə dəstək verdiyini iddia edib. “Barselona” tərəfinin iddiasına görə, “Real” hakimlərə təzyiq edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR