Sumqayıt sakinini 8 canavar parçaladı - FOTO

Rusiya ərazisində, Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərinin 40 kilometrliyində faciə ilə bitən qorxunc hadisə baş verib. Belə ki, işləmək üçün Kalmıkiya Respublikasına yollanan Sumqayıt şəhər sakinini yolda canavar parçalayıb.

Metbuat.az xəbər verir ki, məlumatlı şəxs Moderator.az-a bildirib ki, hadisə gecə saatlarında baş verib.

“O şəxs işə yeni başlamışdı, ilk reysi idi. Maşını yolda saxlayıb, ayaqyoluna gedib. Üstündən 30 saniyə keçməyib ki, qışqırıq səsləri gəlib.

Hava o gün çox dumanlı olub. Qaça-qaça maşına tərəf gəlib, yerə yıxılıb. Digər maşında olan iş yoldaşı elə bilib ki, hürən çoban itləridir.

Canavarlar onu gəmirə-gəmirə maşından uzağa aparıblar. Həmin şəxs qorxudan maşından aşağı düşməyib. Aidiyyatı orqanlara zəng edib, üstündən 1 saat keçməsinə baxmayaraq gəlib canavarların hamısını öldürüblər. Hadisə Elista şəhərinin 40 kilometrliyində baş verib” deyə saytımıza bildirilib.

Canavarların parçaladığı şəxsin Sumqayıt şəhər sakini olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR