Bakıda sərnişin sürücünü soydu

Bakıda sərnişin sürücünü soyub.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 3-də səhər saatlarında Lökbatan qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə olan sərnişinin sürücünün içərisində 480 manat pulu və bank kartı olan pulqabısını soyğunçuluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.

Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ayxan Quluzadə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR