​Axtarışda olan şəxs saxlanıldı, digər cinayət əməlinin də üstü açıldı

Axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, onun digər cinayət əməlinin də üstü açılıb.

Metbuat.az xəbər verir ki, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə (Soyğunçuluq) axtarışda olan Samir Məmmədov saxlanılıb.

Onun yanvarın 28-də Binəqədi rayonu Xocəsən qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildə sürücünü kəsici alətlə hədələyərək quldurluq yolu ilə 1384 manat pulunu talaması da müəyyən olunub.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR