Mbappedən sonra Haaland gəlir? - ​"Mançester Siti" cəbhəsindən açıqlama

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola norveçli futbolçu Erlinq Haalandın "Real Madrid"ə gedəcəyi ilə bağlı iddialara cavab verib.

Metbuat.az xəbər verir ki, Qvardiola iddiaları təkzib edərək, bunun hücumçunun dincliyini pozmaq cəhdi olduğunu bildirib:

“Kimsə Erlinqi istəyirsə, bu asandır. “Mançester Siti”yə zəng edin və onun vəziyyətini soruşun. Kimləsə müqavilə bağlamaq istəyəndə bunu edirik. Erlinqin klubda qalmasını istəyirik. Biz ona aşiqik və onun qalmasını istəyirik. Ona sahib olduğumuz üçün xoşbəxtik, İnşallah o da bizimlə olmaqdan xoşbəxtdir.”.

Qeyd edək ki, İspaniya mediası Erlinq Haalandın Mançesterdəki həyatından narazı olduğu və yayda klubu tərk etmək istədiyi və onun “Real Madrid”lə əlaqəsi olduğu iddia edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR