“Azərbaycanda qadın həmrəyliyi bizim milli genlərimizə hopub” - Yeganə Hacıyeva

Müstəqillik qazandıqdan sonra Azərbaycan qadınları cəmiyyətin ictimai-siyasi proseslərdə fəallıq nümayiş etdirərək fəaliyyətlərini genişləndiriblər.

Bu gün Azərbaycan qadınının milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında rolu müstəsnadır. Ölkədə paytaxtla yanaşı, regionlarda yaşayan və orada cəmiyyətin inkişafı üçün addımlar atan qadınların da xüsusi çəkisi var.

Bu barədə Metbuat.az-a açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, region xanımlarını xüsusi edən bir çox məqamlar var:

“Region xanımları özünəməxsus xanımlardır. Bildiyimiz kimi, şəhərdə xüsusi streotiplər əsasında qadın tipləri formalaşır. Hər birimiz o streotiplərin nümunəsi sayılırıq. Regionlardakı xanımlar isə daha çox ailəsinə bağlı və təşəbbüskar olurlar. Hər hansı hadisə baş verən regionlardakı xanımlar onu dərhal həll etməyə çalışırlar. Bir tədbir keçirəndə paytaxtda bunun üçün qadınları dəvət etmək lazım olur. Regionlarda isə xüsusi dəvətə ehtiyac yoxdur. Qadınlar bir-birini xəbərdar edib toplaşıb həmin tədbirə gəlib iştirak edirlər. Hesab edirəm ki, qadın həmrəyliyi bizim dövlətçilik təcrübəmizdən irəli gələrək milli genlərimizə hopmuş davranışı formasıdır”.

Yeganə Hacıyeva vurğuladı ki, hazırda regionlarda yaşayan qadınların aktivlik məsələsi aktual mövzulardan biridir:

“Azərbaycan dövləti keçid coğrafiyasında yerləşir. Biz Şərq üçün Qərbin qapısı, Qərb üçün Şərqin qapısıyıq. Həm Şərq, həm də Qərb bizi özünə oxşar görmək istəyir. Qərb nümunəsində fəaliyyət göstərən kifayət qədər institusional təsisatlar var. Bu misalı Şərq üçün də çəkə bilərik. Burada Şərqin mədəniyyətindən söhbət getmir. Daha çox Şərq üçün xarakterik radikal ideologiyalarının daşıyıcıları müzakirə mövzusudur. Onlar üçün regionlardakı xanımlara əlçatanlıq var. Bəzi məsələlər var ki, region qadınlarının səmimiyyəti üzərindən bu qurulur.

Bizim səfərlərimiz çərçivəsində regionlarda aktiv qadınların görməli olduğu, risklərin idarə olunması ilə bağlı səsləndirdiyi fikirlər, gördüyü işlər, təşəbbüslər barədə müəyyən təsəvvürlər olur. Bu təsəvvürlər əsasında təkliflər hazırlamışıq. İnanırıq ki, müəyyən problemlərin həlli üçün bu təşəbbüslərin təsirləri olacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR