Təşviqat kampaniyası çərçivəsində ziyalılar və ağsaqallar ilə görüş keçirilib - FOTOLAR

Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində ziyalılar və ağsaqallar ilə görüş keçirilib.

Metbuat.az xəbər verir ki, görüşdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı, təşviqat qrupunun üzvləri Əbülfəz Ağayev, Valeh Tağıyev, Gülqədəm Mirzəzadə, şəhid anası Filarə İsmayılova və şəhid atası Baloğlan Ağamalıyev çıxış ediblər. Natiqlər öz çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salıblar. Qeyd olunub ki, ötən 20 il ərzidə ölkəmizin siması büsbütün dəyişib, bütün sahələrdə tərəqqiyə nail olunub. Azərbaycan regional, hətta qlobal miqyaslı dövlətə çevrilib. Çıxışçılar onu da bildirib ki, Prezident İlham Əliyev təcrübəli diplomat olmaqla yanaşı, həm də mahir sərkərdədir. Elə buna görədir ki, ötən üç ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu misli görünməmiş tarixi qələbələr qazanıb.

Çıxış edənlər bütün seçiciləri səsvermə günü məntəqələrə gedərək qalib xalqın qalib liderinə səs verməyə çağırıblar. Seçicilər də öz növbəsində Prezident İlham Əliyevə səs verəcəklərini, onu dəstəkləkməkdən böyük qürur duyduğlarını bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR