Aliment verməyən kişilər iqtisadi zorakılıq törədirlər

Azərbaycanda uşaqlara aliment verilməsi ilə bağlı məsələ ciddi nəzarətə götürülüb.

Metbuat.az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib. O qeyd edib ki, ataların övladlarına qarşı etdikləri iqtisadi zorakılıq sayılır. “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aliment verməyən atalarla bağlı əvvəl Ədliyyə Nazirliyinə yönləndirirdisə, indi bu problemin həll olunması üçün yerlərdəki icra hakimiyyətinə də sorğu göndərir. Valideynlər bilməlidir ki, onlar boşana bilərlər, amma dost olub ailəni yönəldə, uşaqlara düzgün tərbiyə də verməyi bacarmalıdırlar. Komitə sırf bu məsələdən irəli gələn problemlərlə əlaqədar yerlərdə tez-tez seminarlar keçirib maarifləndirmə tədbirlərini həyata keçirir”

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı