Bələdiyyələr erkən nikahla bağlı mübarizə aparmalıdır - Komitə

“Erkən yaşda qızı ərə verirlər, toyunda oynayırlar, sonra dağılışlar. Cəmiyyət erkən yaşda olan qızın toyuna getməkdənsə, onu baykot etməlidir”.

Bu fikirləri Metbuat.az-ın sualına cavab olaraq canlı yayımda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib. O deyib ki, məişət zorakılığının qarşısını almaq hər kəsin borcudur:

“Yerlərdə erkən nikah faktları ilə bağlı Komitəyə tez-tez müraciətlər daxil olur. Adətən bu şəxslər həmin erkən nikahın qurbanı olan şəxsin qonşuları, məktəb dostları,yaxınları olur. Valideyn elə bilir ki, övladınıtez ərə verməklə onun üçün yaxşı qərar vermiş sayılacaq. Hər bir valideyn övladına sənət verməlidir. Qoy o ayaqları üzərində dursun, sonra ailə qursun. Yükünü azaltmaq istəyən valideyn sabah üçün bilməlidir ki, o qız sabah geri qayıtsa tək olmayacaq və onun problemləri daha çox olacaq”.

Sədaqət Qəhrəmanova hesab edir ki, kənd yerlərində bələdiyyələr də bu işdə ciddi tədbirlər görməlidirlər.

“Bələdiyyə bilməlidir ki, onun ərazisində olan hansı ailə problemlidir, hansı ailədə vəziyyət daha yaxşıdır. Problemi olan ailənin məsələsinə həll etmək üçünsə ekspertə ehtiyac yoxdur. Hüququn gücü çatmayan yerdə, ziyalı adamın sözü keçir. Sözü ilə demək lazımdır ki, təsirli olsun”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı