"Real"dan Ronaldoya böyük hörmətsizlik

"Əl-Nəssr" klubunun futbolçusu Kriştiano Ronaldonun 39 yaşı tamam olub.

Metbuat.az xəbər verir ki, futbolçunun daha əvvəl oynadığı “Sportinq”, “Mançester Yunayted” və “Yuventus” klubları sosial şəbəkələrdə Ronaldonu təbrik ediblər.

Madrid “Real” isə onu ad günü münasibətilə təbrik etməyən yeganə keçmiş klubu olub.

Xatırladaq ki, hücumçu 2009-2017-ci illərdə “Real”da çıxış edərək klub tarixinin bombardiri olub. Madrid komandasının tərkibində dörd dəfə Çempionlar Liqası, iki dəfə İspaniya çempionatı, ölkə kuboku və Superkubok, həmçinin UEFA Superkubokunun qalibi olub. O, həmçinin üç dəfə Klublararası Dünya Çempionatının qalibi olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR