Asiya Kuboku: İordaniya Cənubi Koreyanı məğlub edərək finala çıxdı

Futbol üzrə Asiya Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, İordaniya seçməsi Cənubi Koreya ilə üz-üzə gəlib. Görüş İordaniya millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 53-cü dəqiqədə Yazan Əl-Naimat açıb. Matçın yekun nəticəsini 66-cı dəqiqədə Musa Əl-Tamari müəyyənləşdirib.

Yarımfinalın növbəti qarşılaşması İran və Qətər yığmaları arasında olacaq. Sabah baş tutacaq matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR