"Əl-Nəssr" daha bir ulduzu transfer edir

"Əl-Nəssr" klubu “Mançester Yunayted”in mərkəz müdafiəçisi Rafael Varanı transfer etməyə çalışır.

Metbuat.az xəbər verir ki, Səudiyyə klubu 30 yaşlı futbolçuya illik 50 milyon funt-sterlinq maaş təklif etməyə hazırdır. Varanın Erik ten Haqın komandasındakı mövqeyindən narazı olduğu vurğulanır. Öz növbəsində klub da müdafiəçinin getməsinə mane olmayacaq.

Bu mövsüm mərkəz müdafiəçisi bütün turnirlərdə 21 matçda iştirak edib, 1 qol vurub. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR