"İşğaldan azad edilən ərazilərimizdə 23 min seçici səs verəcək"

“Bu seçkilərin bizim üçün tarixi əhəmiyyəti var. İlk dəfə müstəqil Azərbaycan tarixində suveren ərazilərində seçki keçiriləcək”.

Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermənin başlanmasını elan edərkən deyib.

“İşğaldan azad edilən ərazilərimizdə 26 məntəqədə 23 min seçici səs verəcək. Biz beynəlxalq qurumlardan xahiş etmişik ki, öz müşahidəçilərini həmin əraziyə göndərsinlər. Onlar artıq orada olub, məntəqələrlə tanış olublar. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosu da orada olacaq".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı