Seçki prosesini 19 partiya, 83 QHT nümayəndəsi izləyir

“Hazırda seçki prosesini 19 partiya nümayəndəsi izləyir. Mən onlardan xahiş edirəm ki, seçki hüquqları çərçivəsində onlar yerlərdə bu işlər ilə fəal olaraq nəzarət etsinlər”.

Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycanda prezident seçkiləri ilə əlaqədar səsvermənin başlanmasını elan edərkən deyib.

“Həmin nümayəndələr seçicinin hüququnu poza bilməzlər. İkinci orada mühüm subyekt məntəqə seçki komissiyalarıdır.Onlar seçicisinin konstitusion hüququnu təmin edən rəsmi qurumdur. KİV də bu məsələdə diqqətli olmalıdır. Qeyd edim ki, seçkiləri 83 QHT nümayəndəsi izləyir”.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR