​Bakı İstintaq Təcridxanasında seçici aktivliyi müşahidə olunur - FOTO

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasında prezident seçkilərində məhbusların iştirakı üçün 3 seçki məntəqəsi yaradılıb.

Metbuat.az xəbər verir ki, 29 saylı Sabunçu Seçki Dairəsinin 38, 39 və 40 saylı seçki məntəqəsinin yerləşdiyi təcridxanada 4000-dən artıq seçici səs verəcək. 38 saylı seçki məntəqəsində 1362 məhbus səs verəcək.

Səhər saat 08:00-dan səsvermə prosesinə start verilib. Saat 10:00-a qədər məntəqədə 265 məhbus səs verib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR