Kral ailəsindən üzücü xəbər

İngiltərə kralı III Çarlzın xərçəng olduğu açıqlanıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Bukingem Sarayı iki gün əvvəl İngiltərə kralı III Çarlzın xərçəng xəstəliyinə tutulduğunu açıqlamışdı. Bu xəbərdən sonra Kral Çarlzın ABŞ-də yaşayan oğlu Şahzadə Harri atasını ziyarət etmək üçün İngiltərəyə gəlib. Kral rəsmiləri xərçəngin növünü açıqlamayıblar.

Britaniya mətbuatında yer alan xəbərlərə görə, Bukingem sarayı yaxınlığındakı iqamətgahda keçirilən görüş təxminən 1 saat davam edib.

Şahzadə Harrinin səfərindən sonra Kral Çarlz və Kraliça Kamilla "Clarence House" Sarayından Bukingem Sarayına köçüblər. Oradan kral və kraliça helikopterlə Sandrinqem sarayına gediblər.

Həmçinin bildirib ki, şahzadə Harri İngiltərədə olduğu müddətdə qardaşı Uels şahzadəsi Uilyam ilə görüşməyəcək.

Şahzadə Harri 2020-ci ildə krallıq vəzifəsini tərk etdiyini, daha sonra amerikalı həyat yoldaşı Meqan Markl ilə birlikdə ABŞ-a köçdüyünü açıqlayıb.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı