"Azərbaycan xalqı sərbəst şəkildə gələcək Prezidentini seçir" - Şamil Ayrım

Azərbaycan xalqı sərbəst şəkildə gələcək Prezidentini seçir.

Metbuat.az xəbər verir ki, bunu 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqədə Türkiyədən olan müşahidəçi, TBMM üzvü Şamil Ayrım deyib.

“İlk gəldiyimiz sandıqlardır. Daha öncəki seçkilərdə də müşahidəçi qismində iştirak etmişəm. Hər şey qaydasında irəliləyir. Azərbaycan xalqı sərbəst şəkildə gələcək Prezidentini seçir”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu seçimlərin ayrı bir özəlliyi var.

“Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra ilk dəfə seçkilər keçirir. Ona görə də Azərbaycan xalqı bu seçkiləri çox vacib hesab edir”, - deyə Şamil Ayrım qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR