Klopp "Barselona"ya bu cavabı verdi

Mövsümün sonunda "Liverpul"u tərk edəcəyini açıqlayan Yurgen Kloppun "Barselona"da işləyəcəyinə dair iddialar ortaya atılmışdı.

Metbuat.az xəbər verir ki, Kloppun “Barselona”da baş məşqçi işləyəcəyi istisna edilib. "Diario Sport"un iddiasına görə, Klopp maliyyə problemlərinə görə, “Barselona” ilə müqavilə bağlamayacaq. Kloppun mövqeyinin belə olduğu irəli sürülüb.

Qeyd edək ki, “Barselona” prezidenti Xuan Laportanın Yurgen Kloppla danışıqlar aparacağı açıqlanmışdı. İspaniya mediasının iddiasına görə, Xuan Laporta Kloppu kluba gətirmək üçün artıq işlərə başlayıb. "Barselona" fanatlarının da Yurgen Kloppun baş məşqçi təyin olunmasını istədiyi barədə xəbərlər dərc edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR