Avropadan Azərbaycan klubuna sürpriz təklif gəldi

Bu mövsüm Premyer Liqanın futbolçu kəşflərindən biri "Zirə"nin qolkiperi Tiaqo Silvadır.

Metbuat.az Offsideplus.az-a istinadən xəbər verir ki, portuqaliyalı qapıçıya Avropadan 2 təklif gəlib. Adı bəlli olmayanda klubların rəhbərliyi menecerlər vasitəsilə ilə 23 yaşlı oyunçunun satılıb-satılmayacağı ilə maraqlanıb. Bakı təmsilçisinin cavabı isə qısa və konkret olub: "ən azı 2 milyon avro ödənilməlidir!" Bundan sonra qeyd olunan klublar transferdən imtina ediblər.

Maraq üçün bildirək ki, portuqaliyalı bu mövsüm 23 qarşılaşmada meydanda olub. Bu görüşlərdə qapısından 13 top buraxıb. 10 görüşdə isə "clean sheet" etməyi bacarıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR