Səudiyyə İsraillə münasibətləri normallaşdırmasının şərtlərini açıqladı

Səudiyyə Ərəbistanı yalnız Fələstin dövlətini tanıdığı və İsrail qoşunlarını Qəzza zolağından çıxaracağı təqdirdə İsraillə diplomatik münasibətləri normallaşdıracaq.

Metbuat.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Krallıq ABŞ administrasiyası ilə 1967-ci il sərhədləri və paytaxtı Şərqi Yerusəlim olan müstəqil Fələstin dövləti tanınmadan, eləcə də İsrailin Qəzza zolağındakı təcavüzünə son qoyulmadan və oradakı bütün işğalçı qüvvələr çıxarılmadan İsraillə diplomatik münasibətlərin olmayacağına dair qəti mövqeyini müzakirə edib”, – sənəddə diqqətə çatdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR