Arda ""Barselona"ya getmədiyi üçün peşmandır" deyənlərə cavab verdi

“Real Madrid”də oynamaq şansı qazanmadığı üçün tənqid edilən Arda Güler ““Barselona”ya getmədiyinə görə peşmandır” deyənlərə cavab verib.

Metbuat.az xəbər verir ki, o “Real Madrid”ə transfer olmaqla düzgün seçim etdiyini irəli sürüb. "Məni heç tanımırlar. Dünyanın ən yaxşı klubunda xoşbəxtəm. Tezliklə vaxtım gələcək" deyə iddialara cavab verib.

Qeyd edək ki, Arda Güler “Barselona”ya transfer olmağa yaxın olsa da, maddi məsələlərə görə, o “Real Madrid”ə transfer olmağa üstünlük verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR